Yunan-Roma güləşi üzrə yığma komandamız Belarusdadır

Yunan-Roma güləşi üzrə yığma komandamız Belarusdadır

Fevralın 19-20-də Belarusun paytaxtı Minsk şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Dünya Kuboku yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ermənistan, Kuba, Bolqarıstan, Qazaxıstan, İran, Koreya və Belarus komandaları mübarizə aparacaq. Artıq yığma komandamız Belarusdadır. Baş məşqçi Fərid Mansurov, məşqçilər Akif Əliyev və Vüqar Aslanovun rəhbərliyi altında yığmamızın 11 üzvü Belarusa yollanıb.

Dünya Kubokunda yığmamızı Eldəniz Əzizli, Rövşən Bayramov (hər ikisi 55 kq), Həsən Əliyev, Orxan Paşayev (hər ikisi 60 kq), Vitali Rəhimov, Rüstəm Əliyev (hər ikisi 66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq), Zaur Mehrəliyev, Anton Botev (hər ikisi 120 kq) təmsil edəcək.

AGF Hakimlər Kollegiyasının sədri, olimpiya dərəcəli hakim Əjdər Cəfərov görüşlərin idarə edilməsində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə