ÇL-də yeni mövsüm başlayıb NƏTİCƏLƏR

ÇL-də yeni mövsüm başlayıb NƏTİCƏLƏR

Çempionlar Liqasında 2016/2017 mövsümünə start verilib. SİA-nın məlumatına görə, turnirin birinci təsnifat mərhələsindən 8 komanda mübarizəyə qoşulub.

"Flora" (Estoniya) evdə "Linkoln"a (Cəbəllütariq) 2:1, "Valletta" (Malta) isə "Torşavn"a (Farer adaları) 1:0 hesabı ilə qalib gəlib. "Tre Penne" (San-Marino) səfərdə TNS (Uels) klubuna 1:2 hesabı ilə uduzub.

Çempionlar Liqası

I təsnifat mərhələsinin ilk oyunları


"Flora" (Estoniya) – "Linkoln" (Cəbəllütariq) 2:1
Qollar: Alliku, 35 (1:0), Sappinen, 49 (2:0), Çipolina, 57 (2:1)

"Valletta" (Malta) - "Torşavn" (Farer adaları) 1:0
Qol: Falkone, 69 (1:0)

"Santa Koloma" (Andorra) - "Alaşkert" (Ermənistan) 0:0

TNS (Uels) - "Tre Penne" (San-Marino) 2:1
Qollar: Kvikli, 13 (1:0), Fraternali, 16 (1:1), Mullan, 40 (2:1)

Bütün xəbərlər Facebook səhifəmizdə