Atatürk hava limanında partlayış FOTOLAR

Terrorçular hava limanına xaricdən təyyarə ilə gəliblər
Atatürk hava limanında partlayış FOTOLAR

Atatürk hava limanında baş verən partlayışlarla bağlı şok iddia irəli sürülüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul Atatürk Aeroportunda reallaşan terror hücumuyla əlaqədar ortaya atılan bir iddiaya görə, terroristlər hava limanına xaricdən təyyarə ilə gəliblər.

Təyyarədən enən terrorçular xarici uçuşlar terminalında hazırlandıqdan sonra hücumu reallaşdırıblar. Terrorçuların təyyarə ilə "Kalaşnikov" avtomatlarını və partlayıcıları necə gətirməsi isə hamı üçün maraqlıdır. 32 nəfər ölüb, 70-dən çox yaralı var. Baş nazir Binəli Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binəli Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə