Oyunlarda təhlükəsizlik tədbirləri ilə bağlı seminar keçirilib

Oyunlarda təhlükəsizlik tədbirləri ilə bağlı seminar keçirilib

Bu gün AFFA-nın Futbol Akademiyasında \"UEFA-nın klub yarışlarında və Azərbaycan Futbol "Premyer Liqasında" iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar\"a uyğun olaraq, Premyer Liqa və I Divizionda çıxış edən klubların təhlükəsizlik xidmətinin rəisləri üçün seminar keçirilib. Siasport.az saytı xəbər verir ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbər müavini İlqar Əliyev, Lisenziyalaşdırma qrupunun kadr və inzibati meyarlar üzrə eksperti Bəhram Dadaşov, AFFA-nın Təhlükəsizlik və İnfrastruktur üzrə baş mütəxəssisi Ağamehdi Mehdiyev, Peşəkar Futbol Liqasının Təhlükəsizlik Şöbəsinin rəisi Vaqif Sadıqovun iştirakı ilə keçirilən seminarda oyunlar zamanı təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyi klub nümayəndələrinin diqqətinə çatdırılıb. Ölkədaxili, eləcə də beynəlxalq yarışlar zamanı təhlükəsizliklə əlaqədar həyata keçirilməsi vacib olan tədbirlər, bu sahədə son vaxtlar tətbiq olunan yeniliklər barədə geniş məlumat verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə