"Kəpəz" "Daçiya" ilə bacarmadı YENİLƏNİB

"Kəpəz" "Daçiya" ilə bacarmadı YENİLƏNİB

Gəncənin "Kəpəz" futbol klubu UEFA Avropa Liqasında ilk oyununa çıxıb. Komandamız turnirin birinci təsnifat mərhələsi çərçivəsində "Dalğa Arena"da Moldovanın "Daçiya" klubunu qəbul edib.

"Kəpəz"in start heyətində Tadas Simaytis, Şəhriyar Əliyev, Renan Alveş, Şəhriyar Rəhimov, Tural Axundov, Vüqar Bəybalayev, Kərim Diniyev, Dario Junior, Nicat Qurbanov, Serjinyu və Jülen Eba meydana çıxıb.

Moldova təmsilçisinin ilk on birliyində isə Dmitriy Çelyandik, Simeon Bulqaru, Abdul-Qafar Mamah, Andrey Slinkin, Rinar Valayev, İqor Buqayev, Vyaçeslav Posmok, Aleksandr Bejan, Yevgeni Koçük, Denis Kojanov və Maksim Feşuk yer alıb.

Oyunu Qazaxıstanı təmsil edən hakimlər idarə edib. Qarşılaşmanın baş hakimi Aleksander Gauzer, onun köməkçiləri Sergey Vassyutin və Alibek Aubakirovdur. Dördüncü hakim funksiyasını isə Daniyar Saxi yerinə yetirib. "Dalğa Arena"da keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu komandalar arasındakı cavab qarşılaşması gələn ay Moldovada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə