FİFA nümayəndəsi: ““Şəfa stadionunun ot örtüyü dəyişdirilməsə, orada Dünya Çempionatının oyunları keçirilə bilməz”-FOTOSESSİYA

FİFA nümayəndəsi: ““Şəfa stadionunun ot örtüyü dəyişdirilməsə, orada Dünya Çempionatının oyunları keçirilə bilməz”-FOTOSESSİYA

Bu gün 2012-ci ildə U-17 qızlar arasında Dünya Çempionatının Bakıda keçirilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Siasport.az saytı xəbər verir ki, konfrans AFFA-nın nəzdində fəaliyyət göstərən Futbol Akademiyasında təşkil olunub. Tədbirdə FİFA-nın Yarışların Keçirilməsi Departamentinin rəhbəri Oliver Voqt, FİFA-nın media üzrə mütəxəssisi Monika Huser və yerli təşkilat komitəsinin rəhbədi, AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

E.Məmmədov çıxış edərək bildirib ki, FİFA nümayəndələri 3-cü dəfədir Azərbaycana gələrək təşkilat komitəsinin işləri ilə tanış olurlar. O, FİFA-nın Dünya Çempionatının keçirilməsi ilə bağlı bəzi tələblərinin olduğunu, Azərbaycanın artıq o tələblərin çox hissəsinə hazır olduğunu qeyd edib: "FİFA-nın tələblərinə görə, Dünya Çempionatının keçirilməsi üçün 4 oyun stadionu və 17 məşq yeri olmalıdır. Azərbaycanda artıq Mərdəkanda "Dalğa" stadionuna və AZAL klubunun stadiona FİFA "2 ulduz" verib. Bayıl qəsəbəsində və 8-ci km-də inşa olunan stadionlar da hazırdır. Azərbaycanda həmçinin artıq 10 məşq yeri də mövcuddur".

Daha sonra çıxış edən O.Voqt qeyd edib ki, FİFA nümayəndələri artıq Azərbaycanda olan stadionları yoxlayıblar. O, iki stadiona "2 ulduz" verildiyini bildirsə də, "Şəfa" stadionunun sünü ot örtüyünün təbii ilə əvəzlənməli olduğunu, daha sonra isə FİFA-nın stadiona müsbət rəy verəcəyini bildirib: "Süni örtüklü meydançada Dünya Çempionatının oyunları keçirilə bilməz. "Şəfa" stadionunun ot örtüyü 2012-ci ildədək dəyişdirilməlidir. Biz AFFA- ilə stadionların inkişafı istiqamətində hər zaman işləməyə hazırıq". O.Voqt çempionatın tolesmanının 2-3 həftə ərzində açıqlanacağını deyib. O, Dünya Çempionatının oyunlarının televiziyalar vasitəsilə yayımlanması və yerli azarkeşlərin oyunlara cəlb olunmasının vacibliyindən də danışıb.

M.Huser isə Azərbaycan jurnalistləri ilə gəlcəkdə əməkdaşlıq edəcəklərini bidlirib.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə