Bilyardın Moskva piramidası növü üzrə Azərbaycan çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda Azər Hacıyev çempion adını qazanıb. Bakı bilyardçısı finalda Gəncə təmsilçisi Tofiq Quliyevlə görüşüb və 4:0 hesabı ilə qalib gəlib. Turnirin bürünc medallarını Niyazi Abduləlimov (Bakı) və Müşfiq Fərəcov (Gəncə) qazanıb
Qeyd edək ki, ölkə çempionatında Bakı, Gəncə,
Lənkəran, Füzuli və Şuşanı təmsil edən 32 kiy ustası iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB