Bu gün Azərbaycan Superliqasının IX turunun oyunları keçiriləcək

Bu gün Azərbaycan Superliqasının IX turunun oyunları keçiriləcək

Bu gün Voleybol üzrə Azərbaycan Superliqasının IX turunun oyunları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, turun bütün oyunları "Sərhədçi" İdman Kompleksində baş tutacaq. Turun ilk oyununda, saat 14:00-da "İqtisadçı" və "Şirvan" klubları qarşılaşcaqlar. Saat 16:00-da isə "Rabitə" "Bakı" ilə münasibətlərə aydınlıq gətirəcək. Son görüşdə isə "Azərreyl" və "Lokomotiv" üz-üzə gələcək. Bu matç saat 18:00-da başlayacaq.

Turnir cədvəli

"Rabitə" 14 xal

"İqtisadçı" 14 xal

"Azərreyl" 14 xal

"Lokomotiv" 11 xal

"Bakı" 10 xal

"Şirvan" 9 xal

Bütün xəbərlər Facebook səhifəmizdə