"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir

"Qarabağ" klubu Avstriyada təlim-məşq toplanışını davam etdirir. Baş məşqçi Qurban Qurbanov "Vakker İnsbruk"la yoxlama matçından sonra futbolçulara istirahət vermişdi. SİA-nın məlumatına görə, bir günlük fasilənin ardından növbəti gün komanda 2 məşqə çıxıb. Futbolçular günün ilk çalışmasını fitnes zalında keçirib. Axşam hazırlığı isə meydançada baş tutub və 1 saat 45 dəqiqə davam edib.

Komandanın düşərgəsinə dünən qoşulan Ansi Aqolli məşqlərdə iştirak edib. Zədəli futbolçu Namiq Ələsgərov isə çalışmasını fizioterapevt nəzarəti altında davam etdirib. Ayağında ağrılar hiss edən Azər Salahlı məşqdə iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə