Rauf Məmmədov “Aeroflot Open-2011”də liderlərdən yarım xal geri qalır

Rauf Məmmədov “Aeroflot Open-2011”də liderlərdən yarım xal geri qalır
Moskvada onuncu "Aeroflot Open-2011" beynəlxalq şahmat festivalı davam edir. Siasport.az saytı xəbər verir ki, sonuncu, doqquzuncu tur ərəfəsində 8 mümkün xaldan 6 xal toplamış Le Kuanq Lyem (Vyetnam) və İvan Çeparinov (Bolqarıstan) liderdirlər. Azərbaycan şahmatçısı Rauf Məmmədov, habelə Rusiyanın 4 təmsilçisi, Özbəkistan, Çin və İsrailin hərəsindən bir idmançı liderlərdən yarım xal geri qalırlar. "A" turnirinin sonuncu, doqquzuncu turunun püşkatması olub. Birinci yerin taleyi Rauf Məmmədov - Le Kuanq Lyem və İvan Çeparinov - Nikita Vityuqov qaşılaşmalarında həll olunacaq.

"B" turnirində yekun tur ərəfəsində 8 mümkün xaldan 6,5 xal toplamış iki şahmatçı liderdir. Vasif Durarbəylinin, Ülvi Bacaraninin 3,5, Gülnar Məmmədovanın 3 xalı var.

"C" turnirinin 9-cu turu ərəfəsində Azərbaycan şahmatçıları Zaur Abbasov və Tamerlan Bünyadov hərəyə 3, Nicat Əliyev və Kənan Qarayev hərəyə 2,5, Xədicə Xəlilova isə 2 xal toplayıb.

Şahmat festivalının sonuncu günü qaliblərə mükafatlar təqdim olunacaq və sürətli oyun üzrə bu il keçiriləcək dünya çempionatında iştirak edəcək şahmatçılar seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com