Amit Quluzadə: \"Tezliklə komandamın sıralarına qoşulmaq istəyirəm\"

Amit Quluzadə: \"Tezliklə komandamın sıralarına qoşulmaq istəyirəm\"

Xəbər verdiyimiz kimi, \"Neftçi\"nin gənc üzvü Amit Quluzadə Almaniyada keçirdiyi uğurlu əməliyyatdan sonra vətənə qayıdıb. Siasport.az saytı xəbər verir ki, futbolçu tezliklə heyətə qoşulmaq istədiyini qeyd edib: \"Bilirsiniz ki, xeyli müddətdir zədəm var idi. Hətta yığmamızın Birləşmiş Ərəb Əmirliklərində keçirdiyi təlim-məşq toplanışında iştirak etsəm də, zədə səbəbindən Macarıstanla görüşdə oynaya bilmədim. Məhz elə oradan əməliyyat olunmaq üçün birbaşa Almaniyaya yollandım. Uğurla əməliyyat olunduqdan sonra, həftənin əvvəlində vətənə qayıtdım. İnşallah artıq fevralın 22-dən etibarən yüngül qaçışlara başlayacam. Bərpa prosesini uğurla keçib, tezliklə komandamın sıralarına qoşulmaq istəyirəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə