Çempionlar Liqası ilə yanaşı, UEFA Avropa Liqasında da növbəti qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, dünən İngiltərənin "Mançester Siti" futbol klubu Yunanıstan təmsilçisi "Aris" ilə qarşılaşıb. "Harilaou-Kleanthis Vikelidis" stadionunda keçirilən qarşılaşmada hər iki komanda qarşılıqlı hücumlarla mübarizəyə başlasalar da, oyunun 90 dəqiqəsi ərzində qapılardan qol səsi eşidilməyib. Bu nəticə daha çox ingilis klubuna sərf edir. Çünki "Mançester Siti" cavab oyununu öz meydanında keçirəcəyindən bu nəticə ona növbəti mərhələyə çıxmaq üçün əlavə üstünlük verir. Meydan sahibləri isə bu nəticə ilə öz meydanlarında Avropa miqyaslı yarışlardakı 40 illik yenilməzlik seriyasını davam etdirdilər. Cavab qarşılaşması fevralın 24-də oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB