Rauf Əliyev: \"\"Gəncə\"nin qapısına 3 top vurmalıyam\"

Rauf Əliyev: \"\"Gəncə\"nin qapısına 3 top vurmalıyam\"
\"Açığı, \"Xəzər-Lənkəran\"ı məğlub etdiyimiz oyun sonrası turun ən yaxşı oyunçusu seçilməyim yaddımda qalsa da, üzərindən o qədər vaxt keçib ki, ardıcıl 2 dəfə seçilməyimin fərqində olmamışam\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Qarabağ\"ın forvardı Rauf Əliyev deyib. O, istənilən futbolçu üçün bunun sevindirici məqam olduğunu qeyd edib: \"Bu, futbolçunu daha da ruhlandırır. İlk öncə məni seçdiklərinə görə təşəkkür edirəm. 3-cü dəfə seçilmək üçün \"Gəncə\"nin qapısına 3 top vurmalıyam. Amma \"Gəncə\" ilə oyuna 3 top yox 3 xal üçün çıxacam. Əsas odur ki, qələbə qazanaq. Qolları kimin vurması önəmli deyil. Hücum xəttimiz Əfranın dönüşündən sonra daha da güclənib. Ona görə də mən olmasam da, komandamın hər oyunda çoxlu qol vuracağına inanıram\".

Bütün xəbərlər Facebook səhifəmizdə