Fernando Torres: “Liverpul”da tunelin sonunda bir işıq ucu görmürdüm”

Fernando Torres: “Liverpul”da tunelin sonunda bir işıq ucu görmürdüm”

Bir müddət bundan əvvəl İngiltərənin "Liverpul" futbol klubundan başqa bir ingilis futbol klubu olan "Çelsi"yə 50 milyon avroya transfer olunan ispaniyalı futbol ulduzu Fernando Torres rusiyalı milyarder Roman Abromoviçi peşman etməyəcəyini və ona bəslədiyi inamı itirməyəcəyini açıqlayıb.Siasport.az saytı xəbər verir ki, F.Torresin ingilis "The Sun" qəzetinə verdiyi açıqlamaları, bu dəfə "Liverpul" rəhbərliyini bərk qəzəbləndirəcək. Belə ki, F.Torres, köhnə komandasından ayrılması barədə ingilis jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, köhnə komandasının rəhbərliyi bir çox tanınmış futbolçuları satandan sonra və komandaya lazımi transferlər olunmadığı zaman artıq "Liverpul" ilə yollarını ayırmağın vacibliyini anlayib: "Mən səmimi deyirəm. Yenə də "Liverpul" azarkeşlərinə və keçirdiyim acılı-şirinli günlərə görə oradakı hər kəsə sonsuz sayğım var.Amma mənim "Liverpul"dan ayrılmağımın vaxtı çatmışdı. Komandanın bir çox tanınmış ulduz futbolçuları satılandan sonra başa düşdüm ki, burada qalmaq öz gələcəyini məhv etmək deməkdir. Açıqcası, "Liverpul"da tunelin sonunda bir işıq ucu görmürdüm. Amma "Çelsi" indi bu işığı mənə göstərdi. "Çelsi"dəki işlərim yolunda gedir"-deyə ispaniyalı forvard fikirlərini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə