"Avro-2016"nın 1/8 final mərhələsi davam edir. Bu gün daha üç qarşılaşma keçirilir. Günün ilk oyununda meydan sahibi Fransa millisi İrlandiyanı sınağa çəkib. Matçın 2-ci dəqiqəsində hesabda geri düşən fransızlar fasilədən sonra iki qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1.
Digər görüşdə yarışın favoritlərindən sayılan Almaniya millisi Slovakiya ilə qarşılaşıb. Oyun gözlənildiyi kimi almanların qələbəsi ilə başa çatıb - 3:0. Yoahim Lövün komandası 1/4 finala yüksəlib.
Günün son oyununda isə Macarıstan və Belçika milliləri üz-üzə gəlib. Alderveyreld, 10 (0:1), Miçu Batşuayi, 78 (0:2), Eden Azar, 80 (0:3) və Yannick Ferreira-Carrasconun 90 (0:4) vurduğu qollarla Belçika millisi 1/4-ə adlayıb.
1/8 final
23:00. Macarıstan - Belçika - 0:3 (İkinci hissə)
Qollar: Alderveyreld, 10 (0:1), Miçu Batşuayi, 78 (0:2), Eden Azar, 80 (0:3), Yannick Ferreira-Carrasco 90 (0:4)
Baş hakim: Milorad Majiç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi-hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Yonas Eriksson
Tuluza, şəhər stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB