"Avro-2016"nın 1/8 final mərhələsi davam edir. SİA-nın məlumatına görə, bu gün daha üç qarşılaşma keçirilir. Günün ilk oyununda meydan sahibi Fransa millisi İrlandiyanı sınağa çəkib. Matçın 2-ci dəqiqəsində hesabda geri düşən fransızlar fasilədən sonra iki qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1.
Digər görüşdə yarışın favoritlərindən sayılan Almaniya millisi Slovakiya ilə qarşılaşıb. Oyun gözlənildiyi kimi almanların üstünlüyü ilə keçib. Hətta almanlar bir neçə yüz faizli qolları vura bilməyiblər. Məzud Özilin 13-cü dəqiqədə vura bilmədiyi 11 metrlik cərimə zərbəsi də "alman maşınını" saxlaya bilməyib. Boatenq-8, Qomez-43 və Drakslerin 63 qolları ilə Almaniya 1/4 finala keçib.
Günün son oyununda isə Macarıstan və Belçika milliləri üz-üzə gələcək.
Qeyd edək ki, İrlandiya, Slovakiya və Belçika 1/8 finala ən yaxşı qrup üçüncüsü kimi çıxıb.
1/8 final
20:00. Almaniya - Slovakiya - 3:0 (İkinci hissə)
Qol: Boatenq, 8, Qomez, 43, Draksler, 63
Baş hakim: Şimon Martsinyak
Yan xətt hakimləri: Pavel Sokolnitski, Tomaş Litskeviç
Əlavə köməkçi-hakimlər: Pavel Raçkovski, Tomaş Musyal (hamısı Polşa)
Dördüncü hakim: Byörn Kuypers
Lill, "Pyer Moro" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB