“Milan” Çempionlar Liqasında büdrədi 0:1

“Milan” Çempionlar Liqasında büdrədi 0:1

Dünən gecə Çempionlar Liqasının növbəti oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, gecənin ən sensasiyalı nəticəsi İtaliyada qeydə alınıb. İtalyan nəhəngi "Milan", öz meydanında İngiltərənin "Tottenhem" futbol klubunu qəbul edib. İtaliya A Seriyasında işləri yaxşı gedən "Milan", bu qarşılaşmada açıq-aşkar favorit göstərilsə də, dünən İtaliyada futbolun yazılmamış qanunları işə düşüb. Qarşılaşmanın 79-cu dəqiqəsinə qədər ingilis klubunun müdafiə xəttini keçə bilməyən "Milan" futbolçuları, bunun əvəzində qapıları qarşısında bir sıra ciddi təhlükələr yaşayıblar. Qarşılaşma boyu "Milan"ın zəif futbol oynaması açıq-aşkar nümayiş olunurdu. Nəhayət qarşılaşmanın 80-ci dəqiqəsində ingilislərin qocaman forvardı Piter Krauç topu italyanların qapısından keçirərək, komandasının cavab oyununa üstün yollanmasını təmin etdi. Beləliklə "Milan" bu dueldən məğlub ayrılmaqla yanaşı, cavab qarşılaşması ərəfəsində işini də xeyli çətinə saldı.

Bütün xəbərlər Facebook səhifəmizdə