UEFA-nın
Təhsil Şöbəsinin bu ilin əvvəlində keçirilən iclasında AFFA-ya Pro kateqoriyalı
məşqçi kurslarının təşkil olunması hüququ verən qərar çıxarılıb. Siasport.az saytı AFFA-nın rəsmi
saytına istinadən xəbər verir ki, AFFA 2008-ci ildən UEFA-nın Məşqçilər
Konvensiyasına qoşularaq ölkəmizdə "C", "B" və "A" kateqoriyalı məşqçi
kurslarının keçirilməsi hüququnu qazanıb. Ötən
müddət ərzində 300-dən artıq məşqçi bu kurslarda təhsil alaraq müxtəlif
kateqoriyalara yiyələnib. Bu sistemi davam etdirmək məqsədilə AFFA ölkəmizdə
ilk dəfə olaraq "Pro" kateqoriyalı məşqçilər hazırlamaq üçün UEFA-ya müraciət
etmişdi. Avropa futbol qurumunun Təhsil Şöbəsinin üzvü Daniel Rayser ötən ilin
dekabrında Bakıya səfər edərək AFFA tərəfindən keçirilən məşqçi kurslarının
fəaliyyəti ilə tanış olmuş, ökəmizdə "Pro" kateqoriyalı
kursların təşkil olunması ilə bağlı rəy hazırlamışdı.
Beləliklə, UEFA-nın
müvafiq qərarına uyğun olaraq, bu ildən etibarən ölkəmizdə AFFA tərəfindən
UEFA-nın"Pro" kateqoriyalı məşqçi kursları təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB