1/4 finala yüksələn komandalar
Uels, Polşa və Portuqaliya

İyunun 25-də futbol üzrə XV Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində 3 oyun keçirilib. "Avro-2016"nın 1/8 finalında Şimali İrlandiya ilə qarşılaşan Uels rəqibinə 1:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Oyunun 75-ci dəqiqəsində Şimali İrlandiya müdafiəçisi Qaret Makauli Qaret Beylın sol cinahdan ötürməsini dayandırmaq cəhdi öz qapısına qolla nəticələnib.

İsveçrə - Polşa matçının əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. Penaltilər seriyasında daha dəqiq oynayan polşalılar (5:4) 1/4 finala yüksəlib.

Xorvatiya və Portuqaliya milli komandaları da qarşılaşıb. İspaniyalı baş hakim Karlos Velaskonun idarə etdiyi oyununun əsas vaxtında hesab açılmayıb. Görüşün 117-ci dəqiqəsində portuqaliyalı Kriştianu Ronaldunun ötürməsini Rikardo Quaresmo rəqib qapısından keçirib.

Beləliklə, Portuqaliya millisi 1:0 hesabı ilə qalib gələrək Avro-2016-nın dörddəbir finalına yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com