"Muğan"ın yeni futbolçusu Bakı haqqında danışdı

"Muğan"ın yeni futbolçusu Bakı haqqında danışdı
Transfer müddəti ərzində bir neçə leqioner futbolçunu heyyətinə cəlb edən "Muğan"ın son transferi İsveçli Con Pelu oldu. 29 yaşlı forvard kariyerası boyu İsveç alsveskanında və Norveç tippeliqianenində keçirib. Futbolçu habelə 2008/2009 mövsümlərində Norveçin "Rosenborq" klubunda çıxış edib. Son mövsümdə Norveçin "Hauqsand" klubunda çıxış edən futbolçu 2011-ci ildən etibarən il yarım ərzində "Muğan"ın şərəfini qoruyacaq. Sözügüdən futbolçu İsveçin gənclərdən ibarət yığma komandalarında yer almış və doğulduğu Burkina Fasonun A milli yığma komandasına dəvət almasına baxmayaraq, İsveçdəki kariyerası ilə bağlı bir sıra obyektiv səbəblərdən milli yığma komandaya qatıla bilməyib. Ölkəmizdə ilk dəfə olan Con öz təəsüratlarını klubun rəsmi saytı ilə bölüşüb: "Ölkəniz çox gözəldir. Azərbaycana gəldikdən sonra Bakını bir qədər gəzdim və paytaxtınızı çox bəyəndim. Mənim üçün bu ölkədə futbol oynamaq çox xoş olacaq. Buranın insanları həqiqətən çox qonaqpərvərdir. Şənbə günü iştirak etdiyim oyun məndə futbolunuz haqda müsbət təəsürat oyatdı. Həqiqətən həyəcan dolu bir oyun baş tutdu. Məncə, Muğan çox əzmkar oyun nümayiş etdirdi. Hətta hesabda önə keçmək şanslarımız da az olmadı. Lakin, düşünürəm ki, nəticəni qənaətbəxş hesab etmək olar. İndi əsas məqsədimiz növbəti oyuna hazırlıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə