Xəbər verdiyimiz kimi, bu gün paytaxtımızda keçirilən boks üzrə Dünya Olimpiya Təsnifat Turniri başa çatacaq. SİA-nın məlumatına görə, yarışın son günündə 49 və 81 kq çəki dərəcələrində Azərbaycan boksçuları da həlledici görüşdə çıxacaqlar. Onlar Rüfət Hüseynov (49 kq) və Teymur Məmmədovdur. (81 kq). Rüfət Hüseynov finalda ispaniyalı Samuel Karmon, Teymur Məmmədov isə almaniyalı Serge Mixellə qarşılaşacaq. Hər iki boksçumuz olimpiadaya lisenziyanı təmin etsə də, yarışı çempion kimi başa vurmaq niyyətindədirlər.
Onu da nəzərinizə çatdıraq ki, 75 kq çəki dərəcəsində yarışan idmançımız Kamran Şahsuvarlı da olimpiadaya lisenziya qazanıb. Onun ¼ finalda məğlub olduğu Maykl Oreylli həlledici qarşılaşmada Aslanbek Açilovu (Türkmənistan) məğlub edib. Bu nəticə isə idmançımızın lisenziya qazanmasını təmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB