Arkadi Naydiç: "Milli üzvləri üçün ideal şərait yaradılıb AÇIQLAMA - FOTOLAR

Arkadi Naydiç: "Milli üzvləri üçün ideal şərait yaradılıb AÇIQLAMA - FOTOLAR

Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri Qəbələdə ilk təlim-məşq toplanışını başa vurublar. SİA-nın məlumatına görə, yığma üzvləri hazırlıq barədə fikirlərini bildiriblər:

Rauf Məmmədov: "Hazırlıq planına əsasən üç təlim-məşq toplanışımız olacaq. İlk belə hazırlıq Qəbələdə keçdi. Etyen Bakronun rəhbərliyi altında debütlər, açılışlar və müxtəlif gedişləri müzakirə etdik. Bakı Şahmat Olimpiadası əvvəlki yarışlardan rəqabətə görə fərqlənəcək. Doğma şəhərimizdə çıxış etdiyimiz üçün məsuliyyət daha çoxdur. Layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik".

Arkadi Naydiç: "Milli üzvləri üçün ideal şərait yaradılıb. Qəbələdəki hazırlıq komandamıza çox faydalı oldu. Açılışlar, debüt və müxtəlif kombinasiyaları müzakirə etdik. Əsas komandaya böyük ümid bəsləndiyini bilirik. Məhz buna görə olimpiadaya ciddi hazırlıq gedir. Bakı Şahmat Olimpiadasında bizi güclü rəqabət gözləyir. Şahmatçılar buna hazır olmalıdır".

Eltac Səfərli: "Qəbələdə ilk hazırlıq başa çatdı. Məşqdən çox razı qaldım. Həm məşq, həm də idmanla məşğul olmaq üçün gözəl şərait yaradılmışdı. Qarşıda bizi daha iki hazırlıq gözləyir. Fikrimcə, avqustun sonuna yaxın yığma Bakı Şahmat Olimpiadasına tam hazır olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə