""MKT Araz" klubu komanda
olaraq çox yaxşı təsir bağışladı. Bizim komandamız da oyuna yaxşı hazırlaşmışdı".
Bu sözləri "Şuşa"
klubunun idman direktoru Mehmet Kayrım
siasport.az saytına "MKT Araz"la oyun barədə açıqlamasında deyib. O, \"Ədliyyə\"
stadionunun ot örtüyünün bərbad halda olduğunu bildirib: "Biz "MKT Araz"a qarşı
deyil, palçığa qarşı mübarizə apardıq. "Ədliyyə" stadionu bərbad gündədir, ot
örtüyü tamamilə yararsız haldadır. Allaha şükür ki, futbolçularımız
zədələnmədilər". İdman direktoru artıq klub prezidentinin "Şəfa" stadionunun
rəhbərliyi ilə danışıqlar apardığını, bundan sonra komandanın ev oyunlarını məhz
"Şəfa"da keçirəcəyini deyib: "Biz onsuzda bütün məşqlərimizi "Şəfa" stadionunda
keçirik. Məşqlər stadionun ikinci meydanında baş tutur. Ev oyunlarımızı isə dördüncü
meydanda keçirəcəyik". O, növbəti oyununda "Energetik"dən üç xal alacaqlarını
qeyd edib. İdman direktoru qrupdakı bütün komandaların güclü olduğunu, baş
məşqçinin "Energetik"in oyununu izlədiyini, zəif yerlərini müəyyənləşdirdiyini
bildirib.