"Qəbələ” fransalı futbolçu transfer edəcək

"Qəbələ” fransalı futbolçu transfer edəcək

"Qəbələ" klubu heyətini fransalı futbolçu ilə gücləndirir. SİA-nın məlumatına görə, klub fransalı hücumçu Baqali Dabo ilə müqavilə imzalayacaq. 27yaşlı futbolçu bu gün Azərbaycana gələcək və onun 2 illik müqaviləyə qol çəkməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dabo həm Fransa, həm də Seneqal vətəndaşıdır. O, futbolçu karyerası ərzində Fransanın "İstres" və "Kretey" klublarında forma geyib.

Bütün xəbərlər Facebook səhifəmizdə