Bu gün yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı birinciliyinə start verilib. Siasport.az saytı xəbər verir ki, yarışlar Hövsan Olimpiya İdman Kompleksində keçirilir.
Yarışın keçirilməsində əsas məqsəd Bakı şəhərində sərbəst və yunan-roma güləşi idman növünü təbliğ və inkişaf etdirmək, Bakı şəhərindəki idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri sərbəst və yunan-roma güləşi ilə müntəzəm məşğul olmağa cəlb etməkdir.
Yarışda iştirakçıların sayı qeyri-məhduddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB