"Sumqayıt" Futbol Klubu 2016/2017-ci il futbol mövsümü üçün hazırlıqlara start verib. SİA-nın məlumatına görə, komanda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk məşqinə çıxıb. Baş məşqçinin planına əsasən, futbolçular məşqin ilk hissəsini dəniz kənarında qaçışla başlayıb, ardından stadionda fiziki çalışmalara üstünlük verilib. Heyətə cəlb olunmuş yeni futbolçular komanda ilə birlikdə məşq keçiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB