Kopa Amerika və Avro-2016 qalibləri arasında görüş təklif olunur

Kopa Amerika və Avro-2016 qalibləri arasında görüş təklif olunur

Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Kopa Amerika və Avro-2016 çempionatlarının qaliblərinin görüşünü təşkil etməyi təklif edib. SİA-nın məlumatına görə, TELAM agentliyininin yaydığı xəbərdə bildirilir ki, Alexandro Dominqo Amerika futbol çempionatının Argentina və Çili arasında keçiriləcək final görüşü ərəfəsində belə bir maraqlı təkliflə çıxış edib. O qeyd edib ki, əgər bu iki çempionatın qalibləri görüşsə, dünya ictimaiyyəti hansı futbol məktəbinin daha güclü olduğunu müəyyən edə biləcək. "Biz UEFA-ya sorğu göndərmişik, onlara kimin qalib olmasını bilmək üçün çağırış etmişik. İndi isə rəsmi cavab gözləyirik", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə