İstanbulun "Beşiktaş" futbol klubunda top qovan Quti Fernandez gözəl
İstanbul ab-havasında yenə doğma vətəninin xiffətini çəkir. Siasport.az saytı
xəbər verir ki, ispaniyalı futbol ulduzu ölkəsində yayımlanan "Kadenaser" radiosunda
Jose Ramon de la Morena
adlı jurnalistin \'\'El Larguero\'\' proqramına
qatılaraq bir sıra suallara aydınlıq gətirib. Quti bildirib ki, 14 ildən çox
bir müddətdə futbolçu həyatı yaşadığı İspaniyanın "Real Madrid" kubunda yenidən
çıxış etmək istəyindədir və bunu arzulayır. Amma bu dəfə futbolçu kimi deyil,
məşqçi kimi fəaliyyət göstərmək istəyir. Kral kubunun baş meneceri Jorge Valdano
ilə görüşüb bu barədə danışıqlar apardığını dilə gətirən ulduz futolçu bildirib
ki, "Real"ın gənclərdən ibarət klubunda baş məşqçi kimi çıxış etmək və
təcrübəsini gənclərə öyrətmək istəyir.
Futbolu buraxandan sonra ilk işinin məşqçiliyə başlamaq olacağını dilə
gətirən ispaniyalı futbol ulduzu bildirib ki, məşqçi kimi kral klubuna daha çox
xeyir verə bilər. O, "Bir gün "Real Madrid"ə dönəcəm",-deyə əlavə edib.