"Qarabağ" "Şkenderbeu" ilə qarşılaşacaq

"Qarabağ" "Şkenderbeu" ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada yoxlama oyunu keçirəcəyi növbəti rəqibinin adı məlum olub. SİA-nın məlumatına görə, Ağdam təmsilçisi Albaniyanın ən titullu komandalarından olan son çempion "Skenderbeu" ilə qarşılaşacaq. Oyun iyulun 1-də keçiriləcək. Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Xatırladaq ki, "Qarabağ" ilk yoxlama oyununu bu gün yerli "İnsbruck"a, ikinci yoxlama oyununu isə iyunun 28-i dördqat Rusiya çempionu "Zenit"ə qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə