Fərid Quliyev "Nefçi"yə qarşı oynaya bilməz

Fərid Quliyev "Nefçi"yə qarşı oynaya bilməz

"Neftçi"nin Zaqatala təmsilçisi "Simurq"a icarəyə verdiyi Fərid Quliyev 21-ci turun görüşündə flaqmana qarşı mübarizə apara bilməyəcək. Siasport.az saytı xəbər verir ki, bu sözləri Flaqmanın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytında açıqlamasında deyib. O, hazırda komandanın sabiq hücumçusu Fərid Quliyevin növbəti turun matçında "Neftçi"yə qarşı oynamasının mümkün olmadığını qeyd edib: "İki klub arasında müqavilə mövcuddur. Həmin müqaviləyə "Simurq" rəsmiləri imza atıblar. Bu isə o deməkdir ki, onlar müqavilənin şərtləri ilə razıdırlar. Bu məsələdən mənim də məlumatım var. Bilirsiniz ki, müasir futbolda bu cür hallara çox rast gəlmək olur. Bəzi kütləvi informasiya vasitələrində bu məsələ ilə bağlı mənim fikirlərim təhrif olunub. "Neftçi" və "Simurq" klubları arasında imzalanan müqaviləyə əsasən, Fərid Quliyev qarşıdakı oyunda oynaya bilməz. Ona görə də bunu şişirtməyə dəyməz. "Neftçi" bütün görüşlərə yalnız qələbə qazanmaq üçün çıxır. "Simurq"la oyunda da biz 3 xalı qazanmaq üçün meydana çıxacağıq".


Bütün xəbərlər Facebook səhifəmizdə