Teymur Məmmədov finala çıxıb

Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri davam edir. SİA-nın məlumatına görə, Azərbaycan millisinin üzvü Teymur Məmmədov yarışın finalına yüksəlib. Ötən gün "Rio-2016"ya lisenziyanı təmin edən boksçumuz formal xarakter daşıyan yarımfinal görüşü keçirilmədən qalib elan olunub. T.Məmmədov rusiyalı Pyotr Xamukovla üz-üzə gəlməli olsa da, rəqib rinqə çıxmayacaq. Boksçuların duelinin keçirilməməsinə səbəb atletimizin rəqibinin tibbi baxışdan keçə bilməməsi göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə