Bakıda maraqlı yarış keçiriləcək. SİA-nın məlumatına görə, sentyabr ayının 25-də Həsənoğlu küçəsində təşkil olunacaq yarış "Red Bull Soapbox Race" adlanır. Yarışda 70 komanda kustar üsulla düzəldilmiş dörd təkərli araba ilə mübarizə aparacaq. Həmin arabalar heç bir mühərrik olmadan, tək insanın fiziki gücü ilə hərəkətə gətirilməlidir. Yarışın münsiflər heyəti iştirakçıları üç meyara əsasən qiymətləndirəcəklər: yaradıcılıq, startdan öncə qurulan səhnəcik və arabanın bütün maneələrin öhdəsindən gələrək finişə çatdığı vaxt. Üç ən çox bal toplayan komanda qalib gələrək, qiymətli hədiyyələrin sahibi olacaq.
Bu yarış ilk dəfə 2000-ci ildə Brüsseldə keçiriləndən sonra bu günə qədər 100-dən çox ölkədə təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB