Rəşad Sadıqov: ““Əskişəhərspor”un mənə borcu olduğu halda, mən onlara müəyyən məbləğ ödədim, sonra “Qarabağ”a keçidim baş tutdu”
"Kariyeram boyu bir neçə kluba transfer olmuşam. Ancaq birinci dəfədir təqdimat mərasimi keçirilir". Bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun futbolçusu Rəşad Sadıqov deyib. O, "Əskişəhərspor" klubundan "Qarabağ"a keçidinin gözlənilməz olduğunu qeyd edib. Futbolçu bildirib ki, "Əskişəhərspor"da ehtiyyatda qalmasının səbəbləri var: "Zədələnəndən sonra əsas heyətdə yerimi itirdim. Baş məşqçi başqa futbolçuya yer verdi. Dəfələrlə gözlədim ancaq mən heç iki nəfərdən də biri olmadım. Bülənt Uyğunla söhbət etdim və hiss etdim ki, mən onun gələcək planlarında yoxam. Mənə isə oynamaq lazımdır. Mən də ona "Qarabağ"a keçmək istədiyimi bildirdim. O isə heç nə demədi. "Qarabağ" rəhbərliyi də onunla danışıqlar aparmışdı. Transferimin gecikməsi isə klub prezidentinin məni buraxmaq istəməməsi idi. Ancaq ona da başa saldım ki, mən baş məşqçinin planlarında yoxam. "Əskişəhərspor"un mənə borcu olduğu halda, mən onlara müəyyən məbləğ ödədim, sonra "Qarabağ"a keçidim baş tutdu. Yenidən Türkiyə Superliqasından təklif gəlsə, gedərəm. Çünki ilk növbədə özümə sübut etmək istəyirəm ki, mən orda oynaya bilirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB