Tahir Gözəl: “Qısa zamanda Suraxanı stadionunun “Qarabağ”a verilməsinin razılığını almışıq”

Tahir Gözəl: “Qısa zamanda Suraxanı stadionunun “Qarabağ”a verilməsinin razılığını almışıq”

Bu gün "Qarabağ" klubunun rəhbərliyi mətbuat konfransı keçirib. Siasport.az saytı xəbər verir ki, konfrans "Azərsun" şirkətinin mədəniyyət mərkəzində baş tutub. Tədbirdə "Qarabağ"ın prezidenti Tahir Gözəl, vitse-prezident Emrah Çeklikel və baş məşqçi Qurban Qurbanov və iştirak edib.

Klub prezidenti Tahir Gözəl çıxış edərək bildirib ki, mövsümün ikinci dəfə açılışında "Qarabağ" iddialı bir şəkildə çempionata davam etmək istəyir. O, Rəşad Sadıqovun yenidən komandaya qatıldığını, bunun Ağdam təmsilçisini daha da gücləndirdiyini bildirib: "Azərbaycan futbolu inkişaf edir. "Qarabağ" klubu da bu inkişafda öz sözünü deməlidir. Biz daha güclü "Qarabağ" görmək istəyirik. Avroliqadakı uğurlarımız daha da yüksəltmək istəyirik. İddamız böyükdür. Etdiyimiz transferlərlə, idarə heyətimizlə, məşqçiləmizlə "Qarabağ"ın daha böyük uğurlar qazanacağına inanıram. Biz hələ istədiyimiz infrastruktur və baza yarada bilməmişik. AFFA-nın prezidenti ilə şifahi razılaşmamız olub. Qısa zamanda Suraxanı stadionunun "Qarabağ"a verilməsinin razılığını almışıq\".

Daha sonra baş məşçi Qurban Qurbanov qeyd edib ki, koçmandanın məqsədi Azərbaycan çempionatının qalibi olmaqdır. O, "Qarabağ"ın daha yaxşı çıxış edəcəyini, hələ oyunların qarşıda olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə