Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, gənc qızların mübarizəsində ilk gün Elis Manolova (67 kq) gümüş medal qazanıb.
Çempionatın dördüncü günündə 48, 55, 63 və 72 kq çəki dərəcəsində gənc qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 2 çəki dərəcəsində təmsil olunub. Təəssüf ki, hər iki idmançımız yarışda mübarizəni dayandırıb.
48 kq
1/8 final - Sona Tumarxanova - Annika Vendle (GER) 8:8*
55 kq
1/8 final - Şəbnəm Əhmədova - Viktoriya Vaulina (RUS) 0:8
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB