Karlos Ancelotti “Çelsi” ilə vidalaşır

Karlos Ancelotti “Çelsi” ilə vidalaşır

Deyəsən belə getsə Karlos Ancelottinin "Çelsi"nin sükanı arxasından qovulacağı günü çox da gözləmək lazım gəlməyəcək. Siasport.az saytı xəbər verir ki, dünən İngiltərə Premyer Liqasının 27-ci turunun son oyununda "Fulhem"lə qarşılaşan "Zadəganlar" növbəti xal itkisi ilə üzləşiblər. Düzdür, qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Klint Dempsi təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirsəydi indi "Fulhem" 3 xalı bayram edəcəkdi. Amma futbolçu bunu bacarmayıb və hesab 0:0 nəticə ilə yekunlaşıb. İngiltərə çempionatında keçirilmiş digər oyunları da diqqətinizə çatdırırıq.

İngiltərə Premyer Liqası, 27-ci tur

12 fevral

"Mançester Yunayted" - "Mançester Siti" - 2:1
Qollar:
Luiş Nani, 41. Ueyn Runi, 78 - David Silva, 65

"Liverpul" - "Uiqan" - 1:1
Qol:
Raul Meyreleş, 24 - Stiv Qoxuri, 65

"Vest Bromviç" - "Vest Hem" - 3:3
Qollar:
Qrem Dorrans, 3. Cerom Tomas, 8. Uinston Rid, 32-avt. - Demba Ba, 50; 83. Karlton Koul, 58.

"Blekpul" - "Aston Villa" - 1:1
Qollar:
Eliot Qranden, 14 - Qabriel Aqbonlahor, 10
Qırmızı vərəqə:
Jan Makun, 70 ("Aston Villa")

"Blekbern" - "Nyukasl" - 0:0

"Birmingem" - "Stok Siti" - 1:0
Qol:
Nikola Jigiç, 90

"Arsenal" - "Vulverhempton" - 2:0
Qollar:
Robin van Persi, 16; 56

"Sanderlend" - "Tottenhem" - 1:2
Qollar:
Asamoa Qyan, 11 - Maykl Douson, 44. Niko Krançar, 57

13 fevral

"Bolton" - "Everton" - 2:0
Qollar: Qari Kehill, 10. Daniel Starric, 67

14 fevral

"Fulhem" - "Çelsi" - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə