Ronaldo: “Futboldan ayrılsam da, qəlbim topladır!”

Ronaldo: “Futboldan ayrılsam da, qəlbim topladır!”

Dünya futboluna adını qızıl hərflərlə yazdırmış daha bir dahi futbolçu da artıq yaşıl meydanları tərk edir. Siasport.az saytı xəbər verir ki, məşhur brazlilyalı futbol ulduzu Ronaldo artıq futolu buraxdığını elan edib. Futbol tarixində "Fenomen" ləqəbli ulduz futbolçu, koryerasının son illərində zədədən olduqca çox əziyyət çəkdi ki, bu da onun futbolu buraxmasında əsas rol oynayıb. Çünki Ronaldo indi də bu zədələrin əzabını çəkməkdədir. Futbolu buraxması ilə bağlı xəbəri Braziliya mətbuatına açıqlamasında elan edən ulduz futbolçu, qərarını göz yaşları ilə ifadə edib:" Mənim üçün bu çox çətindir. Təsəvvür etmirəm ki, artıq mən bir daha yaşıl meydanlarda olmayacağam. Bu mənim üçün, sadəcə faciədir. Amma nə etməli, uzun illərin zədələrinin sağalmaması və yaşımın da 35-i keçməsi də öz sözünü deyir. Futboldan ayrılsam da, qəlbim topladır!". Xatırladaq ki, Ronaldo 1996, 1997 və 2002-ci illərdə "Dünyanın Ən Yaxşı Futbolçusu" mükafatına sahib olub. Ronaldo bundan başqa futbol həyatında "PSV Endhoven", "Barselona", "Inter", "Real Madrid" və "Milan" klublarında forma geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə