Quss Hiddinq Arda Turanı “Çelsi”yə aparır?

Quss Hiddinq Arda Turanı “Çelsi”yə aparır?

İstanbulun "Qalatasaray" futbol klubunun kapitanı Arda Turanın Avropada futbol oynamaq istəyi, deyəsən bu il nəhayət ki baş tutacaq. Siasport.az saytı xəbər verir ki, artıq Türkiyədə qalmaq istəməyən A.Turanın bu çoxdankı arzusunu Türkiyə Milli Komandasının hollandiyalı baş məşqçisi Quss Hiddinq reallaşdırmaq istəyir. Belə ki, son günlər İngiltərənin "Çelsi" futbol klubunun idman direktoru olmağa ən real namizəd kimi göstərilən Q.Hiddinq, "Qalatasaray"ın ulduz futbolçusunu "dumanlı albiom"a aparmaq istəyir. İngiltərənin "Sunday Times" qəzeti, Q.Hiddinqin Roman Abramoviçlə görüşərək ona A.Turanı mövsümün sonunda transfer etməyi məsləhət gördüyü barədə yazı dərc edib. İngilis qəzeti yazır ki, 24 yaşlı türk futbolçunun Türkiyə Milli Komandasının heyətində 40-dan çox qarşılaşmada meydana çıxması, üstəlik Türkiyənin "Qalatasaray" kimi nəhəng futbol klubunda kapitanlıq sarğısını daşıması və yüksək texnikaya malik olması "Çelsi" rəhbərliyinin futbolçuya olan marağını artırıb. İngilis qəzeti yazır ki, uzun müddətdir ki, R.Abromoviçlə əlaqələrini sıxlaşdıran və yaxın təmasda olan Q.Hiddinqin yenidən ingilis klubuna idman direktoru postuna qayıdacağı gündəmdə olan məsələdir. Deməli Q.Hiddinq A.Turanı özü ilə bərabər "Çelsi"yə aparmaq istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə