"Azərbaycan - Qazaxıstan münasibətlərinin daha da möhkəmlənməsinə böyük ehtiyac var. Son zamanlar Qazaxıstanda aranı qarışdırmaq istəyən müəyyən elementlər meydana çıxıb. Onlar kənardan dəstəklənirlər. Güman etmək olar ki, Qazaxıstan prezidenti Azərbaycana səfəri zamanı əsas diqqəti türk birliyinin daha da möhkəmləndirilməsi, bu konteksdə Azərbaycan, Qazaxıstan və Türkiyənin aparıcı rolunun bərkidilməsinə yönləndirəcək". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, Qazaxıstan prezidenti Azərbaycana səfəri zamanı, həmçinin hər iki ölkədə təhlükəsizlik məsələləri, radikal dini cərəyanlarının yayılmasına qarşı birgə mübarizə aparılması, daxili sabitliyin pozulmasına kənardan müdaxilələrin qarşısının alınması, lazım gəlsə hər cür dəstəyin verilməsi gündəmə gələ bilər: "Ancaq qeyd edim ki, iki ölkə arasında iqtisadi əlaqələr də mühim əhəmiyyətə malikdir. Postsovet məkanında Qazaxıstan və Gürcüstan birlikdə Avropa ilə Tərəfdaşlıq Haqqında Proqramı imzalayıblar. Son zamanlar Qazaxıstanın Qərb əlaqələri möhkəmlənir. Bu da onun həm xarici ticarətinə, həm də xarici tranzit əlaqələri və yükdaşımalarına ciddi təsir edir. Bu yükdaşımalarda Azərbaycan açar rolunu oynayır. Çünki Böyük İpək Yolunun dəmir yolu variantında Qazaxıstanla bərabər, Azərbaycan da çox böyük stateji mövqeyə malikdir. Azərbaycana gələn yüklər dəmir yolu ilə Qazaxıstanın Aktau şəhərinə, oradan da Çinə və digər ölkələrə daşınır".
Politoloq bildirib ki, Qazaxıstan və Azərbaycan arasında çoxşaxəli əlaqələr mövcuddur: "İki ölkə arasında siyasi, iqtisadi, ticarət və s. əlaqələr qurulub. Onların yenidən müzakirəsi, yeni ehtiyat mənbələrinin axtarılmasına ehtiyac var. Nursultan Nazarbayev kimi təcrübəli və türk dünyasını sevən bir insanın Azərbaycana gəlməsi çox yaxşı müzakirələr üçün meydan açacaq, Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni yüksək mərhələyə qaldırılması üçün səylər göstəriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB