Sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçiriləcək
Fevralın
16-dan 19-dək Hövsan Olimpiya İdman Kompleksində 1994-1995-ci il təvəllüdlü
yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi
keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışın keçirilməsində məqsəd
paytaxtda sərbəst və yunan-Roma güləş idman növünü təbliğ və inkişaf etdirmək,
Bakı şəhərindəki idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, ən
güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri
güləş ilə müntəzəm məşğul olmağa cəlb etməkdir.
Qeyd edək ki, 4 gün davam edəcək birincilikdə güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85,100 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB