Veteran cüdoçumuz AÇ-də qızıl medal qazanıb FOTO

Veteran cüdoçumuz AÇ-də qızıl medal qazanıb FOTO

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına strat verilib. SİA-nın məlumatına görə, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə 1 qızıl medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Fərhad Rəcəbli ilk qarşılaşmasında rusiyalı Viktor Nikitinə qalib gəlib. O, növbəti görüşdə Fransa təmsilçisi Herve Pillo üzərində qələbə qazanıb. Veteran cüdoçumuzun yarımfinaldakı rəqibi də fransalı olub. F.Rəcəbli Manuel Pajaronu da məğlub edərək finala yüksəlib. Həlledici görüşdə idmançımız Ukrayna cüdoçusu İhor Knyşa da qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Digər təmsilçilərimiz - Tariyel Məmmədov (60 kq) 5-ci, Mübariz Pənahov (100 kq) isə 7-ci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə