"Bakı” “Turan”la oyunun hazırlıqlarına start verdi

"Bakı” “Turan”la oyunun hazırlıqlarına start verdi
"Bakı" futbol klubu "Turan"la oyunun hazırlıqlarına start verdi. Siasport.az saytı xəbər verir ki, Azərbaycan Premyer Liqasının 20-ci turunda evdə "Muğan"a qalib gələ bilməyən komanda final mərhələsinə vəsiqə verən 6-lıq uğrunda mübarizənin gedişini çətinə salıb. Bu səbəbdən son 2 qarşılaşmada yalnız qələbə qazanaraq 6 xal toplamağı hədəfləyən "Bakı" 21-ci turun səfər oyununa ciddi hazırlaşır.


Komanda klubun təlim-məşq bazasında 3 qrup halında məşq edib. Birinci qrupa "Muğan"la oyunda meydanda olanlar, ikinci qrupa ehtiyat heyətin oyunçuları, üçüncü qrupa isə zədəsi tam sağalmayan futboçular daxil olub.


Baş məşqçi Aleksandr Starkovun rəhbərliyi altında bir saat davam edən məşqdən sonra futbolçular sauna və masaj prosedurlarını yerinə yetiriblər. Zədəsi olan müdafiəçi Rafael Əmirbəyov fərdi proqramla yüngül qaçışla kifayətlənib. Məşqdə yer almayan Ernad Skuliç əməliyyatdan sonrakı bərpa prosesini keçir. Çalışmalardan kənar qalan fransız Stefan Borbikoninin isə yaxın günlərdə məşğələlərə başlaya biləcəyi söylənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com