"Mançester Yunayted"in əfsanələrindən hesab olunan Pol Skoluz karyerasını bərpa edib. Skoulz Hindistan çempionatında çıxış edəcək. Ancaq o, böyük futbola qayıtmayıb, futzalda qüvvəsini sınayacaq.
Hindistanın futzal liqasına rəhbərlik edən Luiş Fiqu onu yerli komandaların birində oynamağa razı sala bilib. Fiqu Dekunu və məşhur futzalçı Falkaonu da Hindistana getməyə razı sala bilmişdi.
Fiqu bir müddət əvvəl yaradılmış Premier futsal liqasının populyarlaşması üçün fəaliyyət göstərir. Turnirin təşkilat hüququnu "Sony" kompaniyası alıb. Ümumhindistan Futbol Federasiyası ilə konfliktin yaşanmasına baxmayaraq, çempionatın iyulun 15-də start götürəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB