Azərbaycan taekvondoçuları növbəti beynəlxalq yarış ərəfəsindədirlər. Siasport.az saytı xəbər verir ki, böyüklərdən ibarət milli komandamız İranın Urmiyyə şəhərində ənənəvi "Fəcr" turnirində iştirak edəcək. 23-cü dəfə təşkil edilən yarışın döyüşləri 24-25 fevral tarixlərində keçiriləcək.
Əsas heyətin bir neçə üzvündən Vüsal Məmmədov (-54 kq), Elxan İsayev
(-54 kq), Rövşən Məmmədov (-63 kq), Ziya Qasımov (-63 kq), Sənan Əsədzadə (-74
kq), Namaz Heydərov (-74 kq), Təvəkkül Bayramov (-87 kq) və Ceyhun Həsənli (-87
kq) turnirin ilk günü mübarizə aparacaq. Vüqar Kərimov (-58 kq), Samir Cavadlı
(-58 kq), İlkin Şahbazov (-68 kq), Səbuhi İsmayılzadə (-68 kq) və Daşqın
Hacıyev (-68 kq), həmçinin Bayraməli Vəliyev (-80 kq), Rəşad Əhmədov (-80 kq)
və Elman Əliyev (+87 kq) isə ertəsi gün tatamiyə çıxacaqlar.
Baş məşqçi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyevin
rəhəbərliyi ilə fevralın əvvəlindən yarışa hazırlaşan taekvondoçularımız ayın
20-dən 26-dək səfərdə olacaqlar. Komandamızın məşqçilər heyəti hər çəkidə 2
idmançını sınaqdan çıxaracaq. Beynəlxalq dərəcəli hakimlər Etibar İbrahimov isə
"Fəcr" turnirini idarə edənlər arasında olacaqlar.
Qeyd edək ki, Urmiyyədəki beynəlxalq yarış, taekvondoçularımız üçün əsasən mayda Koreyada keçiriləcək dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə