Fevralın 17-dən 19-dək "Sərhədçi" Atçılıq Mərkəzində konkur üzrə "Qış" kuboku – Dünya kubokunun təsnifat mərhələsinin yarışları keçiriləcək. Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən siasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan, Bolqarıstan, Gürcüstan və Rusiya idmançıları mübarizə aparacaqlar. Yarışlar konkurun CSİ2* kateqoriyası üzrə təşkil olunacaq. Yarışın ümumi mükafat fondu 69 min avrodur. "Qış" kubokunu Türkiyə və İrandan dəvət olunmuş hakimlər idarə edəcəklər. Yarışın sonuncu günündə final mərhələsi-Qran Prix yarışları təşkil olunacaq.
Qeyd
edək ki, bu yarışdan toplanan xallar London Olimpiadasına vəsiqə qazanmağa
böyük təsir göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB