“İqtisadçı” “Bakı”ya, “Azərreyl” isə “Şirvan”a qalib gəldi-YENİLƏNİR

“İqtisadçı” “Bakı”ya, “Azərreyl” isə “Şirvan”a qalib gəldi-YENİLƏNİR

Voleybol üzrə Azərbycan Super Liqasının VIII turuna start verildi. Siasport.az saytı xəbər verir ki, turun ilk oyunu "Bakı" və "İqtisadçı" klubları arasında baş tutdu. Sərhədçi Olimpiya Mərkəzində təşkil olunmuş matçda "İqtisadçı" rəqibinə heç bir şans verməyərək qalib gəldi-0:3 (19:25, 14:25, 20:25).

Daha sonra isə "Şirvan" klubu "Azərreyl" ilə qarşılaşdı. Bu oyunda "Azərreyl" qalib gəldi. Komanda \"Şirvan\"ı çətinlik çəkmədən məğlub etdi-0:3 (21:25, 11:25, 12:25).

Saat 19:00-da isə eyni arenada "Lokomotiv"-"Rabitə" matçı baş tutdu. \"Rabitə\" \"Lokomotiv\"dən üstün oyun nümayiş etdirərək qələbəyə imza atdı. İlk setdə böyük hesab fərqi ilə qalib gələn rabitəçilər, ikinci setdə böyük fərqlə məğlub oldular. Üçüncü setdə isə \"Rabitə\" ikinci setin acısını çıxaraq 17:25 hesabı ilə üstün oldu. Son setdə xallar arasında iki top fərqi olmadığına görə oyun 27 xaladək uzandı və bu gərgin mübarizədən \"Rabitə\" qalib çıxdı.

VIII tur


"Bakı" - "İqtisadçı" 0:3 (19:25, 14:25, 20:25)

"Şirvan" - "Azərreyl" 0:3 (21:25, 11:25, 12:25)


"Lokomotiv" - "Rabitə" 1:3 (14:25, 25:13, 17:25, 25:27)

Turnir cədvəli

1

Rabitə

14

2

İqtisadçı

14

3

Azərreyl

14

4

Lokomotiv

11

5

Bakı

10

6

Şirvan

9



Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB