Topaz Premyer Liqasının növbəti mövsümünə hazırlaşan "Zirə" klubu daha bir futbolçunu heyətinə cəlb edib. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi albaniyalı yarımmüdafiəçi Cerhard Proqni ilə müqavilə imzalayıb.
Ölkəsinin "Skenderbeu" klubundan gələn 29 yaşlı futbolçu iki illik anlaşmaya imza atıb. Cerhard Albaniyanın U-19 və U-21 yığmalarının formasını geyinib.
Qeyd edək ki, "Zirə" buna qədər Tural Cəlilov, Yamin Ağakərimzadə, Yasin Həmid, Murad Səttarlı və Cəmil Hacıyevi heyətinə cəlb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB