Əsgərlərlə görüş keçirilib FOTOLAR

Əsgərlərlə görüş keçirilib FOTOLAR

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "26 iyun Silahlı Qüvvələr Günü" münasibətilə Hövsan qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə hərbi hissənin rəhbərliyi, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov və digərləri iştirak ediblər. Görüş iştirakçıları çıxış edərək tədbirin əsas məqsədinin bayram ərəfəsində əsgərlərə xoş ovqat bəxş etmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət oldugunu qeyd ediblər.

Sonra hərbi xidmətdə fərqlənmiş 10 nəfər əsgər və zabit heyəti Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub.

Sonda Suraxanı rayon Mədəniyyət evinin kollektivi konsert proqramı ilə çıxış edib. Vətənpərvərlik mahnılarının sədaları altında əsgərlər rəqs ediblər. Konsert proqramı tədbir iştirakçıları və əsgərlərə xoş ovqat bəxş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə