Çərşənbə günü Bolqarıstanda boks üzrə sayca 62-ci beynəlxalq "Strandja" turnirinə start veriləcək. Siasport.az saytı xəbər verir ki, yarışda Yevgeni Kotovun rəhbərliyi altında milli komandamızın üzvləri də mübarizə aparacaq. Rusiyalı mütəxəssis Bolqarıstan turnirində daha çox 2 nömrələri sınamağı qərara alıb. Bununla belə, heyətə son Azərbaycan çempionatının qalibləri – Tamerlan Abdullayevlə (64 kq), Fərid Paşayev də (91+kq) daxil edilib. Gənclər arasında Dünya birinciliyinin qalibi Şaban Şahpələngov (52 kq) və yeniyetmələrin ilk Olimpiya Oyunlarının gümüş mükafatçısı Elvin İsayev də (60 kq) məşqçilərin etimadını doğrultmağa çalışacaqlar. Uzun illər milli komandamızın kapitanı olmuş Emil Məhərrəmov (69 kq), Elnur Əliyev (56 kq), və Sərxan Cabbarov da yığmamızın heyətində yer alıblar. Yarışa fevralın 19-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB