Azərbaycan Premyer
Liqasının XX turunun "Neftçi" ilə oyununda 8 futbolçu "Xəzər Lənkəran"ın
heyətində debüt etdi. Siasport.az saytı xəbər verir ki, klubun rəsmi saytının
yaydığı məlumata görə, Simao Bruno, Andrey Mureşan, Adrian Pit, Hristu rKiaku,
Adrian Skarlatake, Julius Vobay, Elnur Abdullayev, Aleksandr Pitsurka
karyeralarında ilk dəfə komandanın formasında meydana çıxdı. Bu matçadək klubun
tarixi ərzində 113 oyunçuya bu nəsib olmuşdu. Debütantlar bu rəqəmi 121-ə
çatdırdılar.
Bu oyunçulardan yalnız Elnur yerli futbolçudursa,
digərləri legionerlərdir. Bu isə o deməkdir ki, "Xəzər Lənkəran"ın 7 illik
tarixi ərzində 70 əcnəbi komandanın formasını geyinib. Belə ki, "Neftçi" ilə qarşılaşmayadək
63 legioner bunu bacarmışdı. Bu görüşdə hamıdan gec - 90-cı dəqiqədə meydana çıxan Pitsurka
"Xəzər Lənkəran" tarixinə yubiley - 70-ci legioner kimi düşdü.
Yeddi debütant legionerdən 5-i Rumıniyanı, 1-i
Portuqaliyanı, 1-i isə Syerra-Leoneni təmsil edir. Afrika ölkəsindən olan Vobay
klubun tarixinə ilk syerra-leoneli kimi düşüb. İndiyədək 25 ölkədən gələn
futbolçulara güvənən komanda üçün
bu ölkə 26-cı olub.
Simao isə Portuqaliyadan gəlmiş 2-ci futbolçudur.
Rumıniyalı "5-lik" isə öz ölkələrinin "Xəzər Lənkəran" tarixindəki
təmsilçilərinin sayına görə vahid liderliyə yüksəldib. Artıq rumıniyalıların
ümumi sayı 14-dür: Rumıniya – 14, Türkiyə - 9, Braziliya – 8, Belarus, Serbiya
– hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya, Portuqaliya, Litva
– hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova,
Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone
– hərəsi 1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB